10
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
10
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
— qabı sona qədər SK-nin açıq qapısına qədər özünə tərəf
irəli çəkmək;
— onu qapının açılmasına tərəf çevirmək və soyuducudan
çıxartmaq.
1.7
DK-nin səbətləri məhsulların yığılması və çıxarılmasının
rahatlığı üçün ön paneldə dəstəklərə malikdirlər, həmçinin soyu-
ducudan kənarda daşınması üçün şəkil 6-a müvafiq olaraq yan
səthlərdə dəstəklərə malikdirlər (alt səbətdən başqa).
2 S O Y U D U C U N U N İ S T İ S M A R I
2.1 BİRİNCİ DƏFƏ QOŞULMA
Soyuducunu elektrik şəbəkəyə qoşmaq: qidalanma şnurunun
çəngəlini rozetkaya yerləşdirmək.
SK-nin qapısını açmaq və 3 şəkilinə uyğun olaraq çarxı
“2” və ya “3” bölməsinin altında təyin etmək. SK-nin qapısını
bağlamaq. Gələcəkdə çarxın köməyi ilə temperaturu tənzimləmək
lazımdır. Əgər istismar şərtlərinin tənzimlənməsindən və ya
dəyişdirilməsindən sonra kompressor fasiləsiz işləməyə başlayıbsa,
bu zaman çarxı rəqəm bölgüsünün azalması istiqamətində termo-
requlyatorun çıqqıltı səsinə qədər çevirmək lazımdır.
Tənzimləmədən sonra soyuducuda temperatur avtomatik
dəstəklənir.
2.2 SOYUDUCU KAMERADA AVTOMATİK ƏRİMƏ
SİSTEMİ
2.2.1
Soyuducu kamerada avtomatik ərimə sistemi istifadə
olunur. Soyuducu kameranın arxa divarinda yaranan qırov dövri
işləyən kompressor söndükdən sonra əriyir və su damcılarına
çevrilir. Ərimiş qar suyu damcıları ondakı deşik vasitəsilə nova axir
və A 4 şəkilinə uyğun olaraq boru vasitəsilə kompressorda boruya
düşürlər və buxarlanırlar. Nov sisteminin zibillənməsinin qarşısının
alınması üçün nov dəliyinə şotka quraşdırılıb.
2.2.2
Novun təmizliyini müntəzəm izləmək və novda suyun
olmamasını yoxlamaq (ən azı 3 ayda 1 dəfə) lazımdır.
Novda suyun mövcudluğu axma sistemin zibillənməsini
göstərir. Zibilləmənin aradan qaldırılması üçün şotka ilə novdakı
dəliyi təmizləmək lazımdır ki, su manesiz boruya axsın, şotkanı
yuyun və 7 şəkilinə uyğun olaraq quraşdırın.
Axma sistemi zibillənmiş soyuducunu istismar etmək
QADAĞANDIR
. Soyuducu kameranın dibində və ya 7 şəkilinə
uyğun olaraq ön tamasanın soyuducu kameranın daxili dolabına
birləşdiyi yerə düşən su soyuducunun xarici dolabının korroziyasına
səbəb ola bilər, istilik izolyasiyasını poza bilər, daxili dolabda çat
yarada bilər və soyuducunun dolabının sıradan çıxmasına gətirib
çıxara bilər.
2.3 DONDURUCU BÖLMƏNİN BUZUNUN ƏRİDİLMƏSİ VƏ
TƏMİZLƏNMƏSİ
Dondurucu bölmənin buzunun əridilməsi zamanı şəkil 8-ə
uyğun olaraq qar örtüyü tədricən əridikcə nəm çəkən material ilə
dondurucu bölmədən suyu silmək, sonra isə bölməni yumaq və
qurulamaq lazımdır.
DİQQƏT!
Dondurucu bölmənin buzunun əridilməsi və
təmizlənməsi zamanı ərimiş qar suyunun DK-dan axmasına yol
verməyin, çünki şəkil 7, 8-ə uyğun olaraq ön tamasanın DK-nin da-
xili dolabına birləşdiyi yerə düşən su soyuducunun xarici dolabının
və soyuducu aqreqat elementlərinin korroziyasına səbəb ola bilər,
istilik izolyasiyasını poza bilər, daxili dolabda çat yarada bilər və
soyuducunun dolabının sıradan çıxmasına gətirib çıxara bilər.
2.4 SOYUDUCUNUN SÖNDÜRÜLMƏSİ
Soyuducunun söndürülməsi üçün qidalanma şnurunun
çəngəlini rozetkadan çıxarmaq lazımdır.
Şəkil 6 – Səbət
qar suyunun DK-ya axma zonası
ön tamasa
DK-nin daxili
dolabı
dəstək
dəstək
dəstək
Şəkil 7 – SK-dən qar suyunun axma sxemi
şotka
nov
boru
qab
kondensator
kompressor
SK-nin daxili
dolabı
köndələn boru
ön tamasa
DK-nin daxili
dolabı
dayaq
arxa dayaq
Şəkil 8 – Qar suyunun yığılması