10
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
10
AZE
—
“Dondurma” rejiminin elektrik açarı
(bundan sonra — elektrik açarı),
DK-da “Dondurma” rejiminin işә salınması/dayandırılması üçün nәzәrdә
tutulmuşdur vә üzәrindә iki işarә vardır: «I» — işә salma vә «0» — dayandırma.
2.1.2
Soyuducunun şәkil 5-ә uyğun olaraq işıq indikatorları vardır:
—
SK vә ya DK-nın işә salınması
(yaşıl rәngdә). Kamera işlәdiyi zaman
daima yanır. Kameranın işi dayandırıldıqda, elәcә dә elektrik enerjisinin
verilmәsindә fasilәlәr zamanı sönür;
—
“Dondurma” rejimi
(sarı rәngdә). “Dondurma” rejimi işә salındıqda
yanır. Rejimin, elәcә dә soyuducunun işi dayandırıldıqda sönür;
—
DK-da yüksәk temperatur indikatoru
(qırmızı rәngdә). DK-da
temperatur yüksәldikdә yanır (mәsәlәn, tәmizlәdikdәn sonra ilk işә salma
vә ya dayandırma zamanı, böyük miqdarda tәzә әrzaqla doldurulduqda).
İndikatorun qısamüddәtli işlәmәsi (mәsәlәn, DK-nın qapısı uzun müddәt
açıq qaldıqda) soyuducunun nasazlığının әlamәti deyildir: DK-da temperatur
azaldıqda indikator avtomatik olaraq sönür. İndikatorun uzunmüddәtli işlәmәsi
zamanı saxlanılan әrzaqların keyfiyyәtini yoxlamaq vә servis xidmәtinin
mexanikini çağırmaq lazımdır.
3 S O Y U D U C U N U N İ S T İ S M A R I
3.1 KAMERANIN İŞӘ SALINMASI VӘ TEMPERATURUN
TӘNZİMLӘNMӘSİ
3.1.1
Soyuducunu işә salınması üçün onu elektrik şәbәkәsinә qoşmaq:
qida şnurunun vilkasını rozetkaya salmaq lazımdır.
3.1.2
Kameranın işә salınması vә SK vә DK-da temperaturun
nizamlanması dәstәlәrin kömәyi ilә aparılır (bax şәkil 5). İlk işә salma zamanı
hәr bir dәstәni “3” vә ya “4” bölgü xәttinә, elektrik açarını – “0” işarәsinә
qoymaq tövsiyә olunur.
SK vә ya DK-nı işә saldıqda işә salma indikatoru vә DK-da yüksәk
temperatur indikatoru işıq vermәyә başlayır. DK-da temperatur aşağı düşdükdә
yüksәk temperatur indikatoru avtomatik olaraq sönür.
Әgәr istismar şәrtlәrinin tәnzimlәnmәsindәn vә ya dәyişdirilmәsindәn
sonra kompressor fasilәsiz işlәmәyә başlayıbsa, bu zaman çarxı rәqәm
bölgüsünün azalması istiqamәtindә termorequlyatorun çıqqıltı sәsinә qәdәr
çevirmәk lazımdır. Nizamlandıqdan sonra soyuducuda temperatur avtomatik
olaraq saxlanılır.
3.2 “DONDURMA” REJİMİNİN İŞӘ SALINMASI/DAYANDIRILMASI
3.2.1
“Dondurma” rejimi elektrik açarının “I” işarәsinә basmaqla işә
salınır — rejimin indikatoru işıq vermәyә başlayır, “0” işarәsinә basmaqla —
rejimin işi dayandırılır vә indikator şәkil 5-ә uyğun olaraq sönür.
3.3 KAMERANIN İŞİNİN DAYANDIRILMASI
3.3.1
Kameranın işi dәstәni “•” işarәsinә qoymaqla dayandırılır.
3.4 SK-nın AVTOMATİK ӘRİMӘ SİSTEMİ
3.4.1
SK-da avtomatik әritmә sistemi istifadә edilir. SK-nın arxa divarında
әmәlә gәlәn qırov kompressorun işi dayandırıldığı zaman donun açılması
dövründә әriyir vә su damcılarına çevrilir. Әrinmiş su damcıları şәkil 6.-ә
uyğun olaraq axıb lotoka tökülür, onda olan deşikdәn borucuqla kompressorun
üzәrindә yerlәşәn qaba düşür vә buxarlanır. Lotokun deşiyinә axıtma
sisteminin tutulmasının qarşısını almaq üçün fırça qoyulub.
3.4.2
Müntәzәm olaraq (3 ayda 1 dәfәdәn az olmayaraq) lotokun
tәmizliyinә nәzarәt etmәk vә lotokda suyun olub-olmamağını yoxlamaq
lazımdır.
Lotokda suyun olmağı axıtma sisteminin tutulmasını göstәrir. Tutulmanın
aradan qaldırılması üçün fırça ilә lotokdakı deşiyi tәmizlәmәk lazımdır ki, su
qaba maneәsiz axıb tökülsün, fırçanı şәkil 6.-ә uyğun olaraq yuyub qoymaq
lazımdır.
Tәravәt bölümü olan soyuducularda su boşaltma sisitemini kirdәn
tәmizlәmәk üçün әvvәlcә şәkil 4-ә uyğun olaraq tәravәt bölümünün hissәlәri
çıxardılmalıdır:
— altlığı özünüzә çәkәrәk, bir az qaldıraraq, SK bölümündәn çıxardın;
— süsә rәfin arxa qırağını azca qaldıraraq on lövhә ilә birlikdә özünüzә
çәkin vә SK bölümündәn çıxardın.
Axıtma sistemi tutulmuş soyuducunu istismar etmәk
QADAĞANDIR
.
SK-nın şәkil 6.-ә uyğun olaraq dibindә әmәlә gәlmiş vә ya köndәlәn tirin
SK-nın daxili şkafına bitişmә yerinә düşmüş su soyuducunun xarici şkafının
vә soyuducu aqreqatın elementlәrinin korroziyasına sәbәb ola bilәr,
istilik izolyasiyasını poza bilәr, daxili şkafda çatlaqların yaranmasına vә
soyuducunun şkafının sıradan çıxmasına gәtirib çıxara bilәr.
3.5 DK-NIN TӘMİZLӘNMӘSİ
3.5.1
DK-nın donunu açan zaman:
— qar qatı әridikcә әrimiş suyu axıb tökülmә zonasından şәkil 7.-ya
uyğun olaraq nәmliyi tez hopduran material ilә tәmizlәmәk;
— kameranı yuyub qurulamaq lazımdır.
DİQQӘT! Soyuducunun donunu açdıqda vә tәmizlәdikdә әrimiş
suyun DK-dan axıb çıxmasına yol vermәyin, çünki su şәkil 6, 7.-ya uyğun
olaraq qabaq plankanın DK-nın daxili şkafına bitişdiyi yerә düşdükdә
soyuducunun xarici şkafının vә soyuducu aqreqatın elementlәrinin
korroziyasına sәbәb ola bilәr, istilik izolyasiyasını poza bilәr, daxili şkafda
çatlaqların yaranmasına vә soyuducunun şkafının sıradan çıxmasına
gәtirib çıxara bilәr.
3.6 SOYUDUCUNUN İŞİNİN DAYANDIRILMASI
3.6.1
Soyuducunu işinin dayandırılması üçün qida şnurunun vilkasını
rozetkadan çıxarmaq lazımdır.
Şәkil 5 — İdarәetmә vә indikasiya orqanları
“Dondurma” rejiminin elektrik açarı
DK-da temperaturun
nizamlanması dәstәsi
SK-da temperaturun
nizamlanması dәstәsi
“Dondurma” rejimi indikatoru
DK-da yüksәk
temperatur indikatoru
DK-nın elektrik
şәbәkәyә qoşma
indikatoru
SK-nın elektrik
şәbәkәyә qoşma
indikatoru
Şәkil 6 — Әrimiş suyun DK-dan axıdılması sxemi
fırça
lotok
borucuq
tutum
kondensator
kompressor
dirәk
SK-nın daxili
şkafı
köndәlәn tir
DK-nın daxili
şkafı
qabaq planka
Şәkil 7 — Әrimiş suyun SK-dan yığılması
әrimiş suyun axma zonası
qabaq planka
DK-nın daxili şkafı