![background image](/i/atlant/88379/atlant-sma-60-u-107-000/h/atlant-sma-60-u-107-000-028.png)
28
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
— su kəməri şəbəkəsində təzyiq 0,05 MPa-dan 1 MPa-ya qədər
olduqda;
— (50±1) Hs tezlikli dəyişən cərəyanın birfazalı elektrik
şəbəkəsindən;
— dəyişən elektrik cərəyanı şəbəkəsində 220–230 nominal gərginlik
diapazonunda.
DİQQƏT! Otaqda temperaturun 0
0
С-dən aşağı düşməsi maşında
suyun donmasına və onun sıradan çıxmasına gətirib çıxara bilər.
1.9
Tədarük dəstinə daxildir: komplektləşdirici məmulatlar, əlavəsinə
malik istismar üzrə təlimat, servis təşkilatlarının siyahısı, maşının enerji
effektivliyinin etiketi (bundan sonra — etiket), etiketin kötüyü ilə birgə
zəmanət kartı.
Maşının texniki xarakteristikalarının qiymətləri etiketin kötüyündə
yerləşdirilib. Etiketin kötüyünü zəmanət kartından kəsmək və etiketdə
texniki xarakteristikalarla birləşdirmək lazımdır.
Zəmanət kartında cədvəllərdə maşının qalan texniki xarakteristikaları
və komplektləşdiricilərin miqdarı haqqında məlumat yerləşdirilib.
1.10
İstehsalçı daim maşının konstruksiyasının təkmilləşdirilməsi və
onun keyfiyyətinin artırılması üzərində işləyir, buna görə maşının əsas
texniki xarakteristikalarını dəyişməz saxlamaqla onun konstruksiyasına və
komplektasiyasına dəyişikliklər etmək hüququnu özündə saxlayır.
1.11
0
0
С ətraf mühit temperaturunda nəql edildikdən sonra maşını
elektrik şəbəkəsinə daxil etməzdən əvvəl ən azı 24 saat otaq temperatu-
runda saxlamaq lazımdır.
DİQQƏT! İstehsalçı (satıcı) məmulatın istismar və saxlanma
şərtlərinin pozulması ilə əlaqədar yaranmış nöqsanlara və zədələrə
və ya qarşısı alınmaz hadisələrə (yanğın, təbii fəlakət və s.) görə
məsuliyyət daşımır (o cümlədən istismarın zəmanət müddətinə).
2 T Ə H L Ü K Ə S İ Z L İ K T Ə L Ə B L Ə R İ
2.1
Maşın — məişətdə işlənən elektrik cihazıdır, buna görə də onun
istismarı zaman ümumi elektrik təhlükəsizliyi qaydalarına riayət etmək
lazımdır.
2.2
Cihaz zəif fiziki, həsas və ya əqli qabiliyyətli şəxslər (uşaqlar da
daxil olmaqla) təcrübə və biliyə malik olmadıqda, nəzarət altında olmadıqda
və ya onların təhlükəsizliyinə görə məsuliyyət daşıyan şəxslər tərəfindən
cihazın istifadəsi haqqında məlumatlandırılmadıqda, onların istifadəsi üçün
nəzərdə tutulmayıb.
Uşaqların cihazla oynamasına yol verməmək üçün onlar nəzarət
altında olmalıdırlar.
2.3
Elektrik cərəyanı vurmasından qoruma tipinə görə maşın I
dərəcəyə aiddir.
2.4
Maşının qoşulması üçün torpağa birləşdirilən kontakta malik
ikizolaqlı rozetka maşının elektrik şəbəkəsindən təcili çıxarılmasının
mümkün olduğu yerdə quraşdırılmalıdır.
2.5
Maşının elektrik şəbəkəsinə qoşulmasından əvvəl təchizat
şnurunda zədələrin olmamasını vizual yoxlamaq lazımdır. Şnur əyilməməli
və sıxılmamalıdır.
Təchizat şnuru zədələndikdə o, təhlükəsizlik məqsədi ilə istehsalçı və
ya servis xidməti tərəfindən dəyişdirilməlidir.
2.6
Maşının yerdəyişmə və daşınması zaman ehtiyat tədbirlərinə riayət
etmək lazımdır, çünki o, böyük kütləyə malikdir.
DİQQƏT! Maşından altlıq, tumba və s. kimi istifadə etməyin.
Maşının atmosfer təsirinə məruz qalmaması üçün onu otaqdan
kənarda quraşdırmaq qadağan edilir.
3.1.2-yə uyğun olaraq maşının plastik səs boğucular quraşdırılmadan
istismarı qadağan edilir.
2.7
Maşın soyuq su təchizatı şəbəkəsinə qoşulduqda yalnız tədarük
dəstinə daxil olan yeni maye şlanqından istifadə etmək lazımdır.
Tərkibində həlledicilərin olduğu vasitələrin maşında istifadəsi
QADAĞAN EDILIR
, çünki zəhərli qazların ayrılması, maşının zədələnməsi,
alışma və partlayış təhlükəsi mövcuddur.
DİQQƏT! Qapının dayaq kronşteyninin sınmasına yol verməmək
üçün maşının açıq qapısına söykənməyin.
2.8
Yuma prosesində maşının qapısının şüşəsinə toxunmaq tövsiyə
edilmir, çünki o, qızır və yanıq xəsarətlərinə səbəb ola bilər.
2.9
Yuma başa çatdıqdan sonra maşını söndürmək, rozetkadan çəngəli
çıxararaq onu elektrik şəbəkəsindən ayırmaq və su kranını bağlamaq
lazımdır.
2.10
Elektrik və yanğın təhlükəsizliyini təmin etmək üçün
QADAĞAN
EDILIR
:
— maşını həddindən artıq cərəyan yüklənmələri nəticəsində nasaz
müdafiəyə malik olan elektrik şəbəkəsinə qoşmaq;
— maşını qoşmaq üçün torpağa birləşdirilmiş kontakta malik olmayan
rozetkadan istifadə etmək;
— maşının elektrik şəbəkəsinə qoşulması üçün birləşdiricilərdən,
çoxyerli (iki və daha çox qoşulma yerinə malik) rozetkalardan və uzadıcı
şnurlardan istifadə etmək;
— təchizat şnurundan tutaraq maşını elektrik şəbəkəsindən
ayırmaq;
— yaş əllərlə təchizat şnurunun çəngəlini rozetkaya taxmaq və
çıxartmaq, işləyən maşına toxunmaq;
— maşını su şırnağı altında yumaq;
— maşını müstəqil şəkildə təmir etmək və onun konstruksiyasına, su
və elektrik təchizatına dəyişikliklər etmək, bu, maşının ciddi zədələnməsinə
gətirib çıxara və zəmanət təmiri hüququndan məhrum edə bilər. Təmir yalnız
servis xidmətinin ixtisaslaşdırılmış mexaniki tərəfindən həyata keçirilməlidir,
çünki qeyri-ixtisaslı şəxs tərəfindən yerinə yetirilmiş təmirdən sonra məmulat
təhlükə mənbəyi ola bilər.
2.11
Maşınının işində elektrik səsinin gəlməsi, tüstülənmə ilə bağlı
nasazlıq yarandıqda təchizat şnuru çəngəlini rozetkadan çıxararaq dərhal
maşını elektrik şəbəkəsindən ayırmaq, su kranını bağlamaq və servis
xidmətinin mexanikini çağırmaq lazımdır.
Yanğın yarandıqda dərhal maşını elektrik şəbəkəsindən ayırmaq, su
kranını bağlamaq, yanğının söndürülməsi üçün tədbirlər görmək və yanğın
xidmətini çağırmaq lazımdır.
2.12 Maşın məişət şəraitində istismar müddəti 10 ildir.
DİQQƏT! Maşının xidmət müddəti başa çatdıqdan sonra istehsalçı
məmulatın təhlükəsiz işinə görə məsuliyyət daşımır. Sonrakı istismar
təhlükəli ola bilər, çünki maşının materiallarının və tərkib hissələrinin
təbii köhnəlməsi ilə əlaqədar elektrik və yanğın təhlükəsi ilə bağlı
vəziyyətlərin yaranması ehtimalı son dərəcə artır.
3 M A Ş I N I N İ Ş Ə H A Z I R L A N M A S I
3.1 QURAŞDIRMAYA HAZIRLIQ
3.1.1
Maşını qablaşdırma materiallarından (polietilen nazik pərdə,
penopolistir detallardan), qoruyucu nazik pərdəni displeydən (əgər varsa)
çıxartmaq lazımdır.
DİQQƏT! Maşını zədələməmək üçün onu şəkil 1-ə uyğun olaraq
novdan, qapıdan və ya sıxlaşdırıcıdan tutaraq yerini dəyişməyin.
3.1.2
Maşını nəql etmək üçün çən bloklama vintləri ilə bərkidilib.
Dörd vinti qayka açarının köməyi ilə burub açmaq və şəkil 3-ə uyğun
olaraq rezin və plastik vtulkaları çıxartmaq lazımdır. Əgər vtulkalar maşının
daxilində qalıbsa və onları çıxartmaq mümkün olmayıbsa, arxa paneli şəkil
4-ə uyğun olaraq xaçşəkilli vintburanın köməyi ilə çıxartmaq və onları
götürmək lazımdır. Paneli yerinə quraşdırmaq lazımdır. Dəliklər tədarük
dəstinə daxil olan plastik səs boğucularla bağlanmalıdır.
Vintləri və vtulkaları gələcəkdə maşının mümkün nəqli üçün saxlamaq
lazımdır.
DİQQƏT! Korpusun mümkün zədələnməsinə yol verməmək üçün
maşını quraşdırılmış bloklama vintləri, rezin və plastik vtulkalarla
qoşmayın.
3.2 MAŞININ QURAŞDIRILMASI
3.2.1
Maşın möhkəm, hamar və quru səth üzərində quraşdırılmalıdır.
Döşəmənin yumşaq örtüyü (xalça, penopoliuretan əsaslı örtük
və s.) quraşdırma üçün əlverişli deyil, çünki maşının vibrasiyasına və
ventilyasiyasının pisləşməsinə şərait yaradır.
Maşını taxta döşəməyə ən azı 15 millimetr qalınlığında ağac materi-
allardan hazırlanmış lövhəni döşəməyə qabaqcadan möhkəm bərkidərək
quraşdırmaq lazımdır. Maşının taxta döşəmədə iş prosesində davamlılığını
artırmaq üçün onu otağın küncündə quraşdırmaq tövsiyə edilir.
3.2.2
Tənzimləyici dayağı şəkil 5-ə uyğun olaraq çevirərək
maşını döşəməyə üfüqi səviyyə üzrə qoymaq: qayka açarı ilə
dayaqlarda kontrqaykaları boşaltmaq, dayaqların hündürlüyünü
tənzimləmək, kontrqaykaları sıxmaq lazımdır. Maşının səviyyə üzrə düzgün
quraşdırılmaması və ya kontrqaykaların kifayət qədər tarım bağlanmaması
nəticədə maşının işində vibrasiya və yüksək səs mənbəyi ola bilər.
Şəkil
3
Şəkil
4
panel