![background image](/i/atlant/88379/atlant-sma-60-u-107-000/h/atlant-sma-60-u-107-000-031.png)
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
31
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
— korpus üzrə 493
,
511
mm millimetr dərinlikdə maşınlar üçün 300,
250, 200, 150, 100.
DİQQƏT! Korpus üzrə 328 millimetr, 400 millimetr dərinlikdə
maşınlarda örtük yalnız maşından çıxardılmış yuyucu vasitələr üçün
nova quraşdırılır (7.1.3).
6.2.7
Xüsusi emal vasitələrinin
bölməsində tökülməsi (qapaqda
MAX nişanından yuxarı), həmçinin qonşu bölmələrə düşməsi yumanın
keyfiyyətinin pisləşməsinə səbəb olur.
6.2.8
«LƏKƏLƏR» və ya «LƏKƏLƏRİN ÇIXARILMASI» proqramı
seçildikdə ağardıcı vasitə şəkil 14-ə uyğun olaraq 1 bölməyə yerləşdirilir
və ağardılma bilavasitə əsas yumadan sonra baş verir.
Maye ağardıcıdan istifadədən əvvəl şəkil 14,15-ə uyğun olaraq maye
ağardıcı üçün 1 bölməyə nov qoyulur. Qapaqda CL MAX nişanı novun
ağardıcı vasitə ilə doldurulmasının maksimal səviyyəsini müəyyən edir.
DİQQƏT! Ağardıcıdan istifadə zamanı ilkin yumanın əlavə
funksiyasının təyin edilməsi qeyri-mümkündür.
6.2.9
Yumanın keyfiyyətini yaxşılaşdırmaq və II və ya III dərəcəli
cod suda yuma vaxtı maşını əhəngli çöküntülərdən qorumaq üçün SYV
ilə yanaşı su yumşaldıcı maddədən istifadə etmək tövsiyə edilir. Onu
istehsalçının tövsiyələrinə əsasən şəkil 14-ə uyğun olaraq 2 bölməyə SYV-
yə əlavə etmək lazımdır.
Suyun codluq dərəcəsi cədvəl 1 üzrə müəyyən edilir. Suyun codluğu
haqqında məlumatı yerli su təchizatı müəssisəsindən almaq olar.
6.2.10
Yumanın başlanmasından əvvəl SYV ilə doldurulmuş novu
sərbəst şəkildə bağlamaq lazımdır.
Maşının işləməsi zaman suyun maşından axmaması və sıçramaması
üçün yuyucu vasitələr üçün novu çıxartmaq
QADAĞANDIR
.
6.3 BƏZİ NÖV LƏKƏLƏRİN ÇIXARILMASI
6.3.1
Maşında adi yumada məmulatlardan bəzi ləkələri çıxartmaq
mümkün deyil. Buna görə də maşında yumadan əvvəl onları əl ilə çıxarırlar.
Bunu əvvəlcə məmulatın az nəzərə çarpan hisssində ləkənin kənarından
emalına başlayaraq və yavaş-yavaş mərkəzinə yaxınlaşaraq edirlər.
Aşağıda müxtəlif ləkələrin çıxarılması üsulları verilir.
6.3.2
Mumu parçanı korlamamaq üçün dəyirmi əşya ilə qaşıyırlar.
Daha sonra parçanı suçəkən kağızın vərəqləri arasına qoyur və ləkəni
qaynar ütü ilə ütüləyirlər.
6.3.3
Diyircəkli qələm və flomaster ləkələrini etil spirtində isladılmış
yumşaq parça ilə təmizləyirlər.
6.3.4
Kif ləkəsi şəkil 14-ə uyğun olaraq 1 novun bölməsinə ağardıcı
əlavə edilməklə çıxarılır, bu zaman parça ağardıcının təsirinə yaxşı davamlı
olmalıdır. Qalan çirklənmə hallarında sahəni 10%-lik hidrogen peroksid
məhlulu ilə isladır və 15 dəqiqə saxlayırlar.
6.3.5
Parçanın yüngül yanıqları kif ləkələri kimi ütü ilə təmizlənir.
6.3.6
Pas onun çıxarılması üçün xüsusi vasitələrlə təmizlənir.
İstehsalçının tövsiyələrinə əməl etmək lazımdır.
6.3.7
Rəng tam quruduqdan sonra çıxarılır. Çirklənmiş sahəni rəngin
qablaşdırılmasında göstərilmiş həlledici (məsələn, su, skipidarla) ilə silir,
sabunlayır və yuyurlar.
6.3.8
Pambıq və ya yun parçalarda dodaq pomadası ləkəsini efirdə
isladılmış parça ilə silirlər.
6.3.9
Dırnaq lakını silmək üçün suçəkən kağızı ləkələnmiş parçanın
üzərinə qoymaq və parçanın əks tərəfindən ləkəni asetonla islatmaq
lazımdır. Kağızı tez-tez dəyişdirərək, parçanı ləkə tam yox olana qədər
asetonla isladırlar.
6.3.10
Bitki yağı və ya qatran ləkələrinə bir müddət kərə yağı çəkir və
skipidarla yuyulub təmizlənir.
6.3.11
Ot ləkələrini istehsalçının tövsiyələrini nəzərə alaraq həll edilmiş
ağardıcı ilə islatmaq olar. Bu ləkələr yun parçalardan 90%-lik spirt məhlulu
ilə yaxşı çıxarılır.
6.3.12
Qan ləkəli parçanı duz əlavə edilmiş soyuq suda islatmaq, daha
sonra təsərrüfat sabunu ilə yumaq lazımdır.
6.4 TOXUCULUQ MƏMULATLARINA QULLUQ ÜZRƏ BEYNƏLXALQ
SİMVOLLAR
Yuma proqramı və yuma temperaturu seçildiyi zaman məmulatların
yığılmaması və solmaması üçün yarlıqda məmulatlara qulluq üzrə simvo-
llarla tanış olmaq tövsiyə edilir.
Yuma şərtlərinin əsas simvolları:
— yuma,
— zərif yuma;
— yumanın maksimal temperaturu 95
0
С;
— yumanın maksimal temperaturu 60
0
С;
— yumanın maksimal temperaturu 40
0
С;
— yumanın maksimal temperaturu 30
0
С;
— əl ilə yuma.
Yarlığında
simvolunun olduğu məmulatlar yuyulmamalıdır.
7 M A Ş I N A Q U L L U Q
7.1 MAŞININ TƏMİZLƏNMƏSİ
7.1.1
Maşın məişət cihazıdır və xüsusi texniki xidmət tələb etmir və elə
qurulub ki, ona qulluq üzrə minimum əməliyyatlar tələb olunur.
DİQQƏT! Maşını təmizləməzdən əvvəl elektrik şəbəkəsindən ayırın
və su kranını bağlayın.
7.1.2
Maşın müntəzəm təmizlənməlidir. Maşının xarici səthləri, plast-
mass və rezin detallarını yalnız nəm yumşaq parça ilə silmək lazımdır.
Hər yumadan sonra sıxlaşdırıcını şəkil 1-ə uyğun olaraq kontur üzrə
quru yumşaq parça ilə silmək tövsiyə edilir.
DİQQƏT! Qapının sıxlaşdırıcısında yığılmış yad hissəcikləri
diqqətlə təmizləyin.
Maşının təmizlənməsi üçün kimyəvi maddələrdən, abraziv tərkiblərdən,
spirt, benzin və başqa həlledicilərdən istifadə etmək QADAĞANDIR.
7.1.3
Yuyucu vasitələr üçün novu qabaqcadan maşından çıxararaq
vaxtaşırı yumaq lazımdır. Novu çıxartmaq üçün şəkil 14-ə uyğun olaraq
onu axıra kimi özünə sarı çəkmək, maye ağardıcı üçün novu çıxartmaq
lazımdır (əgər o quraşdırılıbsa). Daha sonra bölməsinin yan səthlərindən
tutaraq qapağın ox istiqamətində çıxıntısını yüngülcə sıxmaq və şəkil 17-yə
uyğun olaraq özünə tərəf çəkmək lazımdır.
Novdan örtüyü, qapağı çıxartmaq və xarici və daxili səthləri isti su
şırnağı altında diqqətlə yumaq lazımdır. Yuyucu vasitələr üçün nov şəkil
18-ə uyğun olaraq yuyulmalıdır. Çıxarılan detalları novun bölmələrinə
yerləşdirmək, novu maşına quraşdırmaq və onu sərbəst şəkildə bağlamaq
lazımdır.
2
1
Şəkil
14
örtük
maye ağardıcı
üçün nov
qapaq (CL MAX nişanlı
)
nov
qapaq (MAX nişanlı)
Cədvəl 1
örtük
Şəkil
16
Şəkil
15
BƏLİ
XEYR
Codluq
dərəcəsi
Suyun
xarakteristikası
0
dH-da suyun
codluğu
1 litr suyun millimolla
codluğu
I
Yumşaq
0-dan 7-yə qədər
1,3-ə qədər
II
Orta cod
7-dən 14-ə qədər
1,3-dən 2,5-ə qədər
III
Cod
14-dən 21-ə qədər
2,5-dən 3,8-ə qədər