24
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
6.4 SOYUDUCUNUN BUZUNUN ƏRİDİLMƏSİ VƏ
TƏMİZLƏNMƏSİ
6.4.1
No Frost avtomatik ərimə sistemi ilə (bundan sonra - No
Frost sistemi) (Əlavəyə bax) olan soyuducu üçün DK əritməsi tələb
edilmir. DK yalnız ildə bir dəfədən az olmayaraq yığışdırılmalıdır.
6.4.2
No Frost sistemi ilə olmayan soyuducuda DK və ya
soyuducu şöbədə qar örtüyü əmələ gəlir. Əmələ gəlmiş qar
örtüyü 3 m-dən artıq olduqda (МХМ-2808-ХХ, МХМ-2819-ХХ,
МХМ-2826-ХХ, МХМ-2835-ХХ, МХ-2822-ХХ, МХ-2823-ХХ
modellərdə 5 mm-dən 7 mm-ə qədər) donun açılması və
yığışdırılması üçün soyuducu elektrik şəbəkindən kəsilməlidir. Qar
örtüyü soyuğun ərzaqlara ötürülməsinə maneçilik törədir.
Bəzi soyuducuların çatdırılma dəstinə DK-nin buzunun açılması
zamanı buz səthinin götürülməsi üçün plastik bel daxildir.
Soyuducunun səthindən qar örtüyünü təmizləmək üçün soy-
uducu aqreqatın zədələnməsinin qarşısının alınması üçün metal
əşyalardan istifadə etmək
QADAĞANDIR
.
6.4.3
Soyuducunu hər buzunun əridilməsindən sonra, lakin ən
azı ildə iki dəfə təmizləmək lazımdır.
6.4.4
DK-nin buzunun əridilməsi və təmizlənməsi üçün nə
etmək lazımdır:
— qidalanma şnurunun çəngəlini rozetkadan çıxardaraq soy-
uducunu elektrik şəbəkəsindən ayırmaq;
— bütün məhsulları DK-dən çıxarmaq və SK-nin rəflərinə
qoymaq;
— DK-nin qapısını açıq qoymaq;
— ərimiş su Əlavəyə müvafiq olaraq aradan qaldırılmalıdır (No
Frost sistemi olmadıqda);
— 4.4-cü bəndə əsasən soyuducunu yumaq və qurulamaq
lazımdır.
DİQQƏT! Soyuducuda xoşagəlməz qoxunun yaranmasının
qarşısının alınması üçün soyuducunun daxilini, həmçinin
komplektləşdirənləri, qapının sıxlaşdırıcısını və qapının
sıxlaşdırıcısının qapıya birləşən zonasını yaxşı yuyun.
7 M Ə H S U L L A R I N D O N D U R U L M A S I , B U Z U N U N
AÇILMASI VƏ SAXLANILMASINA DAİR TÖVSİYYƏLƏR
7.1 MƏHSULLARIN SK-da saxlanılması
7.1.1
Məhsulların təravətinin, rənginin, rütubətinin qorunması
üçün onları qablaşdırmada və ya bağlı qabda saxlamaq lazımdır.
Mayelərin kip bağlanmış qabda saxlanması rütubətin artmasının
və kənar qoxuların yaranmasının qarşısını alır.
Qablaşdırma üçün qida məhsulları üçün polietilen paketlərdən,
alyuminium folqadan, bağlı qablardan istifadə edilir.
Qablaşdırma üçün yararlı deyil: qablaşdırma üçün kağız, per-
qament, açılmış mağaza qablaşdırılması, istifadə edilmiş polietilen
paketlər.
7.1.2
Qablara yerləşdirilmiş meyvə və tərəvəzləri qablaşdırmasız
saxlamaq olar (yuyulmuş meyvə və tərəvəzləri). Bu zaman alt şüşə
rəfin səthində kondensat yarana bilər.
7.1.3
SK məhsulların qısamüddətli saxlanması üçün nəzərdə
tutulduğundan müntəzəm olaraq saxlanan məhsulların keyfiyyətini
yoxlamaq və saxlama müddətinə riayət etmək lazımdır. Saxla-
ma müddətləri və əsas qida məhsullarının yerləşdirilməsi üzrə
tövsiyyələr cədvəl 1-də yerləşdirilib.
DİQQƏT! Bitki yağları və piylər qapının sıxlaşdırıcısına
və soyuducunun plastik səthlərinə düşməməlidir, çünki bu
onların dağılmasına səbəb ola bilər.
7.2 DONDURUCU KAMERADA MƏHSULLARIN DONDUR-
ULMASI VƏ SAXLANILMASI
7.2.1
Bütün növ ət və quş əti, bütün ət məhsulları, balıq,
tərəvəzlər, giləmeyvələr, meyvələr, bişirilmələr, hazır yeməklər,
süd məhsulları dondurula bilər.
Xama, mayonez, yarpaq salatı, turp, qıtığotu, soğan, sarımsaq
dondurma olmaz.
7.2.2
Soyuğun emalı üçün əlverişli şərait yaratmaq üçün
dondurulmuş məhsulları bir dəfə istifadə üçün rahat paylara bölmək
və paketə qoymaq məqsədəuyğundur. Dondurulan məhsulun qatı
nə qədər nazik olarsa dondurulma da o qədər intensiv olar, onun
keyfiyyəti və saxlanma müddəti də çox olar. Qablaşdırma məhsula
sıx olmalıdır (onun içindəki hava mümkün qədər az olmalıdır)
və rezinlə, plastik zajimlə qermetik bağlı olmalıdır. Dondurulan
məhsullara məhsulun son istifadə müddəti, tərkibi və s. barədə
məlumat əks olunan kartların yapışdırılması tövsiyyə edilir.
Dondurulmuş qida məhsullarının soyuducuda saxlanılması
üzrə tövsiyyələr cədvəl 2-də qeyd edilib.
DİQQƏT! Məhsulların qablaşdırmada qeyd edilmiş saxla-
ma müddətlərinə riayət edin.
7.3 QİDA BUZUNUN HAZIRLANMASI
7.3.1
Buz üçün formanın dörddə üç hissəsini içməli su ilə
doldurun və soyuducunun “a” zonasına yerləşdirin.
Su ilə dolmuş buz üçün formanı МХ-2822-ХХ, МХ-2823-ХХ-da
dondurucu bölmənin yan divarına yaxın qoymaq lazımdır.
7.3.2
Buz üçün formanı 5 saniyə ərzində ilıq suya saldıqda və
sonra çevirərək formanı əydikdə buz formaları asanlıqla çıxır.
DİQQƏT! Buzu buz üçün formadan çıxartdıqdan dərhal
sonra ağıza qoymayın və yaş əllə dondurulmuş məhsullara
toxunmayın ki, əlləriniz ona donub yapışmasın.
7.4 AŞAĞIDAKILAR TÖVSIYƏ EDILMIR
:
— soyuducuya isti məhsullar yerləşdirmək. Onları əvvəlcədən
otaq temperaturuna qədər soyutmaq lazımdır;
— donu açılmış məhsulları təkrar dondurmaq.
7.5 MƏHSULLARIN DONUNUN AÇILMASI
7.5.1
Məişət şəraitində məhsulların donunun açılması üçün
bir neçə üsul var:
— yüksək tezlikli cərəyanlı soba (YTC-soba);
— soyuducunun təzə məhsulların saxlanma kamerası.
Məhsulların donunun belə üsulla açılması məhsulun əsas
keyfiyyətinin saxlanması üçün əlverişlidir;
— otaq temperaturunda. Əsasən istifadədən əvvəl termiki
emala mərzu qalan məhsullar üçün istifadə edilir.
7.5.2
Meyvə və giləmeyvələrin buzunu soyuducunun yuxarı
rəfində saxlanma kamerasında və ya otaq temperaturunda
açmaq olar.
7.5.3
Tərəvəzlərin donu emaldan əvvəl adətən açılmır: onların
donu bişirilmə zamanı açılır.
7.5.4
Hazır qidaları (emaldan keçmiş məhsullar) onların don-
unu açmadan qızdırmaq tövsiyyə edilir.
8 S O Y U D U C U N U N İ Ş İ N D Ə X Ü S U S İ Y Y Ə T L Ə R
8.1
Əgər soyuducunun yenicə bağlanan qapısını açmaq
mümkün deyilsə, 1-3 dəqiqə gözləmək lazımdır ki, kamera
Cədvəl 1 — SK-da əsas qida məhsullarının saxlanması
və yerləşdirilməsi üzrə tövsiyyələr
Məhsullar
Saxlanma
müddəti, sutka
SK-da yerləşdirilmə
Çiy ət, balıq, farş
1-dən 2-yə
qədər
Alt rəfdə (daha soyuq yer)
Kərə yağı, рendir
(növündən asılı
olaraq)
5-dən 7-yə
qədər
Baryer rəflərdə və qapıda və ya orta
rəfdə qablarda
Süd, qaymaq,
qatıq
1-dən 3-ə qədər Baryerlərdə və qapıda və ya orta
rəfdə qablarda
Yumurta
10
Baryer rəflərdə və qapının panelində
qablarda
Meyvə və tərəvəz
10-a qədər
Qablarda (meyvə və ya tərəvəzlər
üçün)
Cədvəl 2 – Dk-da saxlanma müddətləri üzrə tövsiyyələr
Məhsullar
Saxlanma müddəti, ay
Təzə balıq, dəniz məhsulları
3 aya qədər
Kərə yağı pendir ( sortundan asılı
olaraq),
6 aya qədər
Çiy ət, quş əti
9 aya qədər
Tərəvəz, meyvə, giləmeyvə
12 aya qədər