![background image](/i/atlant/90939/atlant-sma-70-s-1010-02/h/atlant-sma-70-s-1010-02-026.png)
26
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
yuyuma qәdәd aralı qalmalıdır. Qapının öz-özünә bağlanmasını qabaqlamaq
üçün md. 5.7-dәki blokdan istifadә etmәyi tövsiyә edirik.
DIQQӘT! Yuyum prosesindә şәbәkәdә elektrik cәrәyanının kәsilmәsi
maşının sonrakı işinә tәsir etmir: elektrik cәrәyanı yenidәn gәlmәyә
başlayanda maşın müstәqil olaraq yuyum prosesini elektrik kәsilәn
zaman durdurulan әmәliyyatın başlanğıcından davam edir.
5.7 QAPI BAĞLANMASININ BLOK EDİLMӘSİ
5.7.1
Bәzi modellәrdә qapının tәsadüfәn
bağlanmasını, mәsәlәn, uşaqlar tәrәfindәn,
qabaqlamaq mәqsәdi ilә blok edilmә nәzәrdә
tutulmuşdur. Qapının bağlanmasının bloku üçün
şәkil 13-dә göstәrildiyi kimi, borucuğu otvertka
ilә saat әqrәbi istiqamәtindә dirәnәnә qәdәr
çevirmәk lazımdır – borucuq qabağa çәkilir vә
qapını bağlanmağa qoymur. Çәmaşir yumağa
başlamadan öncә, bloku qaldırmaq üçün edilәn
әmәliyyatlar tәrs ardıcıllıqla yerinә yetirilmәlidir.
6 T Ö V S I Y Ә V Ә M Ә S L Ә H Ә T L Ә R
6.1 ÇӘMAŞIR YÜKLӘMӘYӘ HAZIRLIQ
6.1.1
Çәmaşıri yumağa başlamadan qabaq aşağıdakılara әmәl
edilmәlidir:
— çәmaşir çeşidlәnmәli, rәngli vә bәyaz paltarlar ayrılmalıdır;
— әşyalar, üstündәki etiketlәrә baxaraq, parça tiplәrinә görә ayrılmalıdır
(md. 6.3 baxın).
Əşyaların kirlilik dәrәcәsinә görә proqram seçin (әlavәyә baxın):
— yüngül kirli çәmaşir xoşa gәlmәz qoxu verir, lәkә vә kir görünmür;
— orta dәrәcәdә kirli çәmaşirdә kir әlamәtlәri vә/ya az lәkәlәr görünür;
— çox kirli çәmaşirdә kir vә lәkәlәr görünür.
Bәzi lәkәlәrin (ot, kürәcikli qәlәm, bitki yağı, boya vә s. lәkәlәrinin)
maşında adi yuyulma ilә tәmizlәnmәsi mümkün deyil. Ona görә bu
lәkәlәr, çәmaşirin maşına qoyulmasından әvvәl әllә tәmizlәnmәlidir. Lәkә
tәmizlәnmәsinә әvvәlcә az görünәn yerlәrdәn başlayın, lәkә izlәri qalmasın
deyә, lәkә yerlәrinin kәnarlarından başlayıb, ortalarına döğru tәmizlәyin.
DIQQӘT! Tәzә rәngli çәmaşiri başqa әşyalarla birlikdә yumayın,
çünki bu çәmaşir rәng verә bilәr. Ağ çәmaşir ayrıca yuyulmalıdır.
6.1.2
Çәmaşiri maşına qoymamışdan qabaq aşağıdakılara әmәl
edilmәlidir:
— paltarların ciblәrini yoxlayın ki, boş olsun, açılan yerlәrini: zincirli kilid,
düymә, kәmәrlәri, qarmaqları bağlayın, çәtın çıxarı lәkәlәrin çıxarıldığına
әmin olun;
— paltarları (ciblәrini, qatlarını) fırça ilә tәmizlәyin;
— şalvarları, üstünә naxışlı parçalar tikilmiş (aplikasiya), toxunmuş
әşyaları (trikotaj çәmaşiri, futbol köynәklәri, birçәkli toxumalar vә s.) tәrs
üzünә çevirin.
DIQQӘT! Paltarla birlikdә metal әşyaların (metal pul, sancaq vә s.)
maşına düşmәsi, onun rezin sıxlaşdırıcısını vә plastik çәnini zәdәlәyә
bilәr. Bu cür nasazlıqlar zәmanәt tәmirinә aid deyildir.
6.1.3
Kiçik әşyaları (corab, cib dәstmalı vә s.), mәftilli lifçiklәri, hәmçinin
incә malları (incә qadın kolqotları, corabları vә s.) yumaqdan әvvәl xüsusi tor
vә ya torbaya qoyaraq, başqa çәmaşirlә birlikdә yuyun.
6.1.4
Daha yaxşı yuyum vә sıxma nәticәsi almaq üçün seçilib ayrılmış
çәmaşiri tumarlayaraq yayın vә silindrin içindә sәrbәst yerlәşdirin.
Şәkil
13
borucuq
qapı
Cәdvәl 1
Codluq
dәrәcәsi
Suyun
xüsusiyyәtlәri
Suyun codluğu,
0
dH
Bir litrәyә millimol ilә
suyun codluğu
I
Yumşaq
0-dan 7-yә qәdәr
1,3-ә qәdәr
II
Orta cod
7-dәn 14-ә qәdәr
1,3-dәn 2,5-ә qәdәr
III
Cod
14-dәn 21-ә qәdәr
2,5-dәn 3,8-ә qәdәr
Böyük әşyaları kiçiklәrlә mütәmadi qarışdıraraq (sıra ilә böyük-kiçik)
birlikdә yuyun. Belә yerlәşdirilmış çәmaşir sıxılarkәn silindrin içindә müntәzәm
şәkildә yerlәşir.
Maşına ancaq çox su hopan parçalardan tikilmiş paltarların (montlar,
bәçәkli dәstmallar, xalatlar, xalçalar vә s.) yüklәnmәsi
QADAĞANDIR
.
DIQQӘT! Çәmaşırin silindrdә qeyri müntәzәm yerlәşmәsi halında
sıxma sürәti avtomatik olaraq azalır vә sıxma prosesi yerinә yetirilmir.
DIQQӘT! Maşını hәddindәn çox yüklәmәyin — yuyum keyfiyyәti
azalır, çәmaşir çox әzilr. Hәr proqram üçün mövcud olan quru çәmaşir
normasını keçmәyin (әlavәya baxın).
6.1.5
İdman ayaqqabılarını maşına qoymamışdan qabaq aşağıdakılara
әmәl edilmәlidir:
— bağları ayaqqabılardan çıxarın;
— ayaqqabının üst tәrәfini yuyun vә içindәn qumu tökün.
DIQQӘT! Tәbii dәridәn, zamşadan vә nubukdan tikilmiş idman
ayaqqabılarının yuyulması tövsiyә edilmir.
6.2 SYM TӘTBİGİ
6.2.1
Maşında, şәkil 14 vә 15-ә uyğun olaraq, yuyucu maddәlәr üçün
sürgü nәzәrdә tutulmuşdur (quruluş çeşidindәn asılı olaraq).
Sürgünün rәqәm vә simvollarla işәrәlәnmiş üç bölümü vardır:
1 — ilkin yuyum üçün toz şәklindәki SYM-nin vә ağardıcıların qoyulması
üçündür;
2 — әsas yuyum üçün maye SYM-nin tökülmәsi üçündür;
— xüsusi işlәm maddәlәri üçündür (kondisioner, yumşaldıcı,
nişastalayan, әtirli әlavәlәr).
6.2.2
Yuyarkәn avtomatik çәmaşir maşınları üçün nәzәrdә tutulmuş
SYM, ağardıcı vә kondisә edәn әlavәlәrdәn istifadә edin vә SYM maddәlәri
istehlalçılarının tövsiyәlәrinә әmәl edin.
DIQQӘT! Yuyum üçün gel ağardıcılarından istifadә etmәk mәslәhәt
deyil.
6.2.3
SYM dozalarını paltarın çәkisindәn, kirlәnmә dәrәcәsindәn vә
suyun codluğundan asılı olaraq seçin.
DIQQӘT! Dozanın artırılması vәya әl yuyumu üçün buraxılan SYM-
nın maşında işlәdilmәsi yuksәk köpüklәnmәyә sәbәb ola bilәr, yuyumun
keyfiyyәtini azaldar vә maşının xarab olmasına sәbәb ola bilәr.
6.2.4
Toz şәklindәki SYM-nin istifadәsindәn әvvәl lazım olanlar:
— sürgünün 2-ci bölümündәn, әgәr şәkil 14-dәki kimi pәrdәcik taxılmışsa,
onu çıxarın;
— pәrdәciyi, şәkil 16-da göstәrilәn kimi açın (düymәyә basaraq üfüqi
vәziyyәtә gәtirin vә dirәnәnә qәdәr ox istiqamәtindә irәli basın).
Diqqәt edin ki, toz maddәsini tökәrkәn, o işarәli bölümә tökülmәsin,
çünki әks halda yaxalama prosesindә bol köpük çıxmağa başlar vә paltarlara
ağ lәkә qona bilәr.
6.2.5
Əlavә olaraq
,
funksiyaları seçilәrkәn yalnız toz şәklindәki
SYM-dәn istifadә etmәk tövsiyә edilir. Onlar şәkil 14 vә 15-ә uyğun olaraq
1-ci vә 2-ci bölümlәrә yerlәşdirilir.
Şәkil
14
Şәkil
15
Şәkil
16
2
1
2
1
pәrdәcik
pәrdәcik
sürgü
sürgü
ölçü qapağı
(MAX işarәli)
ölçü qapağı