![background image](/i/atlant/90939/atlant-sma-70-s-1010-02/h/atlant-sma-70-s-1010-02-028.png)
28
AZE
Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является
Sonra dirinәnә qәdәr borunu maşından çәkib çıxarın, şәkil 23 vә 24-dә
göstәrilәn kimi, suyun boşaldılması üçün qab hazırlayın. Qabın hündürlüyü
maşının borusu çıxan dәlikdәn az olmamalıdır.
Borunun ucundan tıxacı çıxarın vә qalan suyu tökün. Çәndә suyun hәcmi
çox olsa, suyu bir neçә dәfәyә boşaldın.
Filtrәnin dәstәyini saat әqrәbinin әksi istiqamәtdә çevirәrәk, şәkil 23 vә
24-dәki kimi filtrәni çıxarın.
DIQQӘT! Filtrә dәstәyi çevrilәn zaman qalan su tökülә bilәr.
7.3.3
Filtrәni zibildәn tәmizlәyin, onu su şırnağı altında yuyun.
7.3.4
Tıxacı yerinә taxın vә tәrs ardıcıllıqla filtrәni maşına qoyun. Filtrәnin
düzgün qoyulmasına, bәkidilmiş olmasına diqqәt edin. Filtrәnin qapağını örtün.
8 S A X L A M A Ş Ә R T L Ә R İ V Ә D A Ş I M A
8.1
Bükülü halda çәmaşir maşınını nisbi nәmişlıyin 80%-dәn çox olmadığı
mühitdә, tәbii hava dәyişimi olan qapalı otaqda saxlamaq lazımdır.
8.2
Əgәr uzun zaman maşından istifadә edilmәyәcәksә vә isidilmәyәn
otaqda saxlanacaqsa, maşının içindәki suyu tamamәn tökülmәk lazımdır:
— çәngәli ştepseldәn çıxararaq, maşını elektrik şәbәkәsindәn kәsin;
— su doldurma borosunu su kranlndan açıb, çıxarın;
— maşının suyu boşaltma borusunu kanalizasiyadan ayırın, borunun
ucunu әvvәlcәdәn hazırlanmış qaba salın ki, içindә qalan su tökülsün;
— md. 7.3.2-yә uyğun olaraq, filtrәdәki suyu tökün, maşını azca irәli
әyәrәk, suyun tam çıxmasına nail olun.
8.3
Maşını başqa yerә daşımadan qabaq:
— 8.2-dә göstәrilәn kimi, maşındakı suyu kәnar edin;
— maşının çәnini zәdә almaqdan qorumaq üçün nәzәrdә tutulan qoruma
boltlarını yerinә taxın (md. 3.1.2-yә baxın, әmәliyyatlar tәrs sıra ilә olacaq).
8.4
Maşını, hәr hansı nәqliyyat növü ilә daşıyarkәn o iş vәziyyәtindә
(şaquli) tutulmalı, möhkәm bәrkidilmәlidir.
Maşını yüklәrkәn vә ya yendirәrkәn onu zәrbәlәrә mәruz etmәk
QADAĞANDIR
.
9 MÜMKÜN OLA BİLӘCӘK NASAZLIQLAR VӘ
ONLARIN ARADAN QALDIRILMA ÜSULLARI
9.1
İşlәdicinin aradan qaldıra bilәcәyi nasazlıqlar cәdvәl 2-dә
göstәrilmişdir.
9.2
Əgәr cәdvәl 2-dә göstәrilәn nasazlıq müstәqil olaraq aradan qaldırıla
bilmәmişsә, hәçinin әgәr displeydә
“F2”, “F3”, “F4”,“F5”,“F6”, “F7”, “F8”,
“F9”, “F10”, “F11”, “F12”, “F13”, “F14”, “F15”, “F16”
yazılmışsa, maşını
elektrik şәbәkәsindәn kәsin, su doldurma dәstәyini bağlayın vә xidmәt
servisindәn mexanik çağırın.
9.3
Xidmәt servisinә müraciәt edәrkәn maşının markasını vә zavod
nömrәsini bildirin.
9.4
«Akvastop» qoruma sistemi çalışmağa başlamadan (
“F15”
yazılır),
maşından bir qәdәr su tökülә bilmәsi mümkündür.
1 0 AT I Q L A R
10.1
Maşının bükülmәsi üçün istifadә edilәn materiallar yenidәn işlәnә
bilәr vә, әgәr ikinci xam maddә toplama mәntәqәsinә verilәrsә, tәkrar istifadә
edilә bilәr.
DIQQӘT! Uşaqların büküm materialları ilә oynamasına icazә
vermәyin, çünki plyonkaya dolaşaraq, boğulmaq ehtimalı vardır.
10.2
Atılmalı olan maşın, elektrik mәftili kәsilәrәk, qapı kilidi qıraraq
yarasız hala gәtirilmәlidir. Maşın atılarkәn, ölkәnin müvcud olan qanunlarına
әmәl edilmәlidir.
11 ZӘMANӘN ÖHDӘÇİLİKLӘRİ VӘ TEXNİK BAXIM
11.1 Maşının zәnanәt müddәti 3 ildir.
Zәmanәtli istifadә müddәti satış tarixindәn başlayır. Əgәr satış haqqında
mәlumat yoxdursa, zavod nömrәsindә yazılmış olan istehsal tarixindәn sayılır.
11.2
Aşağıdakı hallarda zәmanәt verilmir:
— servis tәmiri göstәrәn tәşkilatların siyahısında olmayan şәxslәr
tәrәfindәn tәmir edilmәsi;
— maşının hәr hansı bir hәrәkәttә olan nәqliyyat növündә işlәdilmәsi;
— tәlimatda göstәrilmiş olan yerlәşdirmә, bağlama qaydalarına,
tәhlükәsizlik tәlәblәrinә riayәt edilmәmәsi;
— cihazın vә onun hissәlәrinin mexaniki, kimyәvi vә termik (istidәn
doğan) zәdә alması;
— ekstremal şәrtlәrlә әlaqәdar olaraq vә ya qaçılması mümkün olmayan
qüvvәnin (yanğın, tәbii fәlakәt vә s.) tәsiri altında, hәmçinin ev heyvanlarının,
hәşәratların, gәmiricilәrin vasitәsi ilә әmәlә gәlәn naszlıqlar meydana çıxarkәn.
11.3
Zәmanәtli istifadә müddәtindә maşının işinin keyfiyyәti pulsuz
yoxlanılır. Maşının zәmanәt tәmiri yerinә aparılması vә tәmirdәn sonra geri
gәtirilmәsi servis tәmiri göstәrәn tәşkilatların vasitәsi ilә vә onların hesabına
hәyata keçirilir.
Əgәr yoxlama zamanı maşının nöqsanı tәsdiqini tapmazsa, nәqliyyat
xәrclәri, servis xidmәtinin qiymәt cәdvәli әsasında, sahibi tәrәfindәn
ödәnmәlidir.
Nöqsan, maşının istifadә qaydalarının pozulması nәticәsindә meydana
çıxmışsa, nәqliyyat xәrclәri vә tәmir pulu, servis xidmәtinin qiymәt cәdvәli
әsasında, sahibi tәrәfindәn ödәnmәlidir.
DIQQӘT! İstehsalçı (satıcı), maşının yerlәşdirmә, şәbәkәyә bağlama
vә istifadә qaydalarının pozulması nәticәsindә istifadә edәnin hәyatına,
sağlamlığına vә ya mülkünә vurulan zәrәr üçün cavabdeh deyildir.
İstifadә edәnin (istehlakçının) haqqları vә mükәllәfiyyәtlәri “İstehlakçının
haqqlarının qorunması” Qanunu әsasında tәnzim edilir.
11.4
Maşının tәmiri vә baxımı, bütün istismar müddәti әrzindә, xidmәt
servisinin ixtisaslı mexaniki tәrәvindәn edilmәlidir.
11.5
Maşının yerlәşdirilmәsi, su vә elektrik şәbәkәsinә bağlanması ilә
әlaqәdar olan montaj işlәri istehlakçı hesbına hәyata keçirilir.
11.6
Servis xidmәti göstәrәn tәşkilatların siyahısını, maşını satan tәşkilat
vasitәsi ilә vә ya maşının tәslim dәstinә daxil olan әlavәlәrlәn öyrәnә bilәrsiniz.
DIQQӘT! Servis xidmәtinin mexanikindәn, maşının istismar
müddәtindә, bütün problemlәrlә әlaqәdar görülәr işlәr üzrә cәdvәl 3-ün
(sәh. 59 baxın) doldurulmasını tәlәb edin.
qapaq
dәstәk
filtrә
elastik boru
qab
tıxac
Şәkil
23
Şәkil
24